Futzal turnirində final günü!

Oktyabrın 22-si İlham Əliyev adına Olimpiya İdman Kompleksində dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə üzrə Naxçıvan Muxtar Respublika turnirinin final və üçüncülük görüşləri keçiriləcək.
Əvvəlcə üçüncülük görüşü çərçivəsində Daxili İşlər və Ədliyyə nazirlikləri, sonra isə həlledici final qarşılaşması üçün Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri təmsil edən komandalar meydana çıxacaq.
Final matçından sonra turniri ilk üçlükdə tamamlayan komandalar mükafatlandırılacaqdır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası ilə birgə təşkil etdiyi turnirə 17 komanda qatılmışdı.